Our Mission

Təhsilə dəstək - gələcəyə dəstək

FONDUN MİSSİYASI

Güvən Təhsilin İnkişafına Dəstək Fondunun missiyası, Azərbaycanın işgüzar, sosial və siyasi həyatına töhfə verə biləcək, yüksək intellektual potensiala malik, dövlətinə, millətinə və cəmiyyətinə bağlı, milli ruhda tərbiyə olunmuş savadlı, vətənpərvər və fəal gənc nəslin formalaşdırılmasını dəstəkləməkdir.

Fondun məqsədləri

Güvən Təhsilin İnkişafına Dəstək Fondunun əsas məqsədləri aşağıdakılardır:

1

Seçilmiş namizədlərin təhsil haqlarının ödənilməsinə dəstək göstərilməsi, təhsil müddəti ərzində tələbələrin yataqxana və ya təhsil aldıqları ərazidə müvafiq qaydada müvəqqəti yaşayış yeri ilə təmin olunması.

2

Tələbələrin müxtəlif təhsil pillələrinə qəbul imtahanlarına hazırlığı üçün lazımi fənlər üzrə kursların təşkil olunması və bu istiqamətdə tədris imkanlarının yaradılması.

3

Himayəsində olan gənclərin asudə vaxtlarının səmərəli təşkili, müxtəlif bölgələrə səfərlərin və maarifləndirici tədbirlərin təşkil edilməsi.

4

Tələbələrə sosial-psixoloji dəstəyin göstərilməsi, bu məqsədlə fərdi və qrup şəklində psixoloji seansların və təlimlərin təşkil edilməsi, gənclərin zərərli vərdişlərdən çəkindirilməsi üçün maarifləndirici tədbirlərin həyata keçirilməsi.

5

Gənc alim və tədqiqatçıların elmi fəaliyyətlərinin stimullaşdırılması, onların elmi araşdırmalarına dəstək verilməsi, elmi layihələr və tədqiqatlar üçün qrantların ayrılması.

6

Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlara çevrilməsi üçün könüllülük fəaliyyətlərinə cəlb olunması, müxtəlif müəssisə və təşkilatlarda təcrübə proqramlarında iştirak etmələrinə dəstək verilməsi.

7

Tələbələr arasında maarifləndirici tədbirlərin təşkili, simulyasiya, debat, müsabiqələr, incəsənət sahəsində marağı olan gənclərə dəstəyin göstərilməsi, müxtəlif peşə sahələrinə maraq göstərən tələbələrin düzgün istiqamətləndirilməsi və bu sahələrdə bilik və bacarıqlarının artırılmasına köməklik göstərilməsi.

8

Sağlamlıq imkanları məhdud olan və ya səhhətində problem olan tələbələrə tibbi dəstəyin göstərilməsi, onların sağlamlıq imkanlarının yaxşılaşdırılmasına yardım edilməsi.

9

Azərbaycanın işgüzar və siyasi həyatına töhfə verə biləcək, savadlı, bilikli, yüksək vətənpərvərlik ruhuna malik, dövlətinə və doğma yurduna bağlı, milli-mənəvi dəyərlər əsasında formalaşmış yeni nəslin yetişdirilməsi.

10

Tələbələr üçün mentorluq və liderlik proqramlarının təşkili, onların şəxsi inkişafı və liderlik bacarıqlarının artırılması, müxtəlif sahələrdə peşəkar mütəxəssislərlə bilik və təcrübə mübadiləsinin təşviqi.

11

Startap və innovasiya təşəbbüslərinə dəstək göstərilməsi, innovativ ideya və layihələrə qrantların ayrılması, ideya akselerasiya proqramlarının təşkili.

12

Beynəlxalq təhsil və təcrübə proqramlarına çıxış imkanlarının yaradılması, beynəlxalq universitetlər, təşkilatlar və fondlarla əməkdaşlıq çərçivəsində tələbələrin xaricdə təhsil və təcrübə proqramlarında iştirakına dəstək verilməsi.

13

Gənclər arasında ekoloji məsuliyyətin artırılması, davamlı inkişaf və ətraf mühitin qorunması mövzusunda maarifləndirici layihələrin və tədbirlərin təşkili.

14

Əlilliyi olan və fiziki məhdudiyyətli gənclərin təhsil, sosial və peşə həyatına inteqrasiyasının dəstəklənməsi, inklüziv təhsil təşəbbüslərinin təşviqi.

15

Milli-mədəni irsin öyrədilməsi və təşviqi məqsədilə tələbələr arasında maarifləndirici layihələrin həyata keçirilməsi, bu istiqamətdə müxtəlif tədbir və layihələrin təşkili.

16

Fondun dəstəyi ilə təhsil almış gənclərin bir araya gətirilməsi məqsədilə "Güvən Fondunun Məzunlar Şəbəkəsinin" yaradılması, onların təcrübə və uğur hekayələrinin yeni nəsil tələbələrə ötürülməsi.

Missiyamızı Dəstəkləyin

Siz də Azərbaycanda təhsilin inkişafına töhfə vermək və bizim missiyamızın bir parçası olmaq istəyirsiniz? Bizimlə əlaqə saxlayın.